Dərc edilib: 15-02-2024

https://www.nuh.az/36370-.html

Bu ərazilərdə siqaret çəkənlər, ucadan danışanlar, bərkdən öskürənlər 30 AZN cərimələnəcək - VİDEO

15.02.2024 20:33:27

LIVE

"İnsanların sıx toplaşdığı ərazilərdə, əsasən dayanacaqlarda və bankomatların önündə tütün məmlumatlarından istifadə etmə halları var".

Bu sözləri DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev deyib.

"Xəbərin olsun" verilişinə danışan Nurlan Əliyev belə yerlərdə siqaret çəkənləri 30 AZN cərimə gözlədiyini bildirib:

"Əgər nəzərdə tutulmayan yerlərdə şəxs siqaret çəkərsə, onun barəsində 30 AZN məbləğində inzibati tənbeh tədbiri tətbiq edilir".

Nurlan Əliyev onu da bildirib ki, ictimai yerlərdə yüksək səslə danışanlar, ünvansız söyüşlər səsləndirməklə ictimai asayiş qaydalarını kobud şəkildə pozanlar polis əməkdaşları tərəfindən həmin an aşkarlanarsa, onun qarşısı alınır və o şəxs barəsində qanun çərçivəsində tədbir görülür.

Ətraflı videoda:

NUH informasiya agentliyi səhifəsindən çap edilib