Dərc edilib: 16-02-2024

https://www.nuh.az/36381-.html

Zaman İsgəndərovun qardaşı oğlu Səfərbərlik Xidmətini məhkəməyə verdi

16.02.2024 12:41:28

LIVE

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Astara rayon şöbəsinin sabiq rəisi Kənan İsgəndərov məhkəməyə müraciət edib. 

Qaynarinfo-nun məlumatına görə, Kənan İsgəndərov Səfərbərlik Xidməti barəsində "Hərbi inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr - digər məsələlər"ə görə iddia qaldırıb. 
İş Sumqayıt İnzibati Məhkəməsinin hakimi Ceyhun Məmmədovun icraatındadır. 
Qeyd edək ki, 4 noyabr 2017-ci il tarixində Astara rayonunun hərbi komissarı olmuş Kənan İsgəndərov hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq, barəsində məhkəmə tərəfindən 3 aylıq həbs qərarı verilmişdi. 
Məşhur iş adamı Zaman İsgəndərovun qardaşı oğlu olan Kənan İsgəndərovun atası İsgəndər İsgəndərov təhsil nazirinin müavini olub, hazırda iş adamı kimi tanınır. 

İsgəndər İsgəndərov


Zaman İsgəndərov

NUH informasiya agentliyi səhifəsindən çap edilib