Dərc edilib: 16-02-2024

https://www.nuh.az/36385-.html

Mübariz Qurbanlı getdi...Yeni Komitə sədri

16.02.2024 19:50:44

LIVE

Prezident İlham Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədri vəzifəsinin müvəqqəti icrasının həvalə edilməsi haqqında Sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, Sərəncama əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Adil oğlu Salahlıya həvalə edilib.

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsini 2014-cü ildən Mübariz Qurbanlı icra edirdi. O, yeni hökumətdə yer almayıb.

Səyyad Aran isə 2012-ci ildən sözügedən komitənin sədrinin birinci müavini postunda idi.

NUH informasiya agentliyi səhifəsindən çap edilib