Dərc edilib: 17-02-2024

https://www.nuh.az/36396-.html

Prezident Fikrət Məmmədova vəzifə verdi ...

17.02.2024 17:24:01

Cəmiyyət

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu bəndinə uyğun olaraq, Prezident İlham Əliyev Fikrət Fərrux oğlu Məmmədovun Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında Milli Məclisə təqdimat verib.

Bu barədə “Qafqazinfo”ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, parlamentdə təqdimata Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq, müvafiq qaydada baxılacaq.

Qeyd edək ki, növbədənkənar prezident seçkilərindən sonra sabiq ədliyyə naziri F.Məmmədov yeni hökumətdə yer almayıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib