Dərc edilib: 17-02-2024

https://www.nuh.az/36400-.html

Kişi ailəsinin 12 üzvünü amansızlıqla QƏTLƏ YETİRDİ

17.02.2024 18:10:45

LIVE

İranın cənub-şərqindəki Kirman əyalətində kişi 12 qohumunu güllələyərək qətlə yetirib.

Bununla bağlı məlumatı İranın rəsmi xəbər agentliyi olan İRNA yayıb.

Agentliyin rəsmi dairələrdən aldığı məlumata görə, Kirman vilayətinin Faryab rayonunda kişi ailə-məişət münaqişəsi zəminində müxtəlif evlərdə olan atası və qardaşı da daxil olmaqla 12 ailə üzvünü güllələyərək qətlə yetirib. Qətliamı “Kalaşnikov” avtomatı ilə həyata keçirən və hadisə yerindən qaçan 30 yaşlı şəxs polisin keçirdiyi əməliyyat nəticəsində öldürülüb./Sfera.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib