Dərc edilib: 17-02-2024

https://www.nuh.az/36403-.html

Prezidentin sədr təyin etdiyi Bahar Muradovadan kövrək paylaşım - FOTOLAR

17.02.2024 19:03:46

Müsahibə

Ötən gün prezidentin sərəncamı ilə yenidən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri təyin olunan Bahar Muradova sosial şəbəkə hesabında maraqlı paylaşım edib.

“Yeni Sabah” xəbər verir ki, o işğaldan azad olunan doğma torpaqlarda, doğulub-böyüdüyü evin xarabalıqları arasında çəkilmiş fotolarını paylaşıb. Komitə sədri paylaşımında hisslərini gizlədə bilməyərək kövrək xatirələrini yada salıb:

“Füzulidə qalmış uşaqlıq xatirələrimin ardınca gəlmişdim...

Göz yaddaşımda saxladıqlarımdan əsər-əlamət qalmamışdı.

Nə qədər ətrafa boylansam da, hər kola daşa, qurumuş və heç bir həyat əlaməti olmayan ağaclara diqqət etsəm də tanış heç nə görmədim.

Bircə ayaqlarımın altında lap uşaqlığımda olduğu kimi hiss etdiyim, qara çay daşı döşənmiş cığırdan savayı..

Bəli bu o cığır idi. Hissiyyatım məni aldatmırdı. Cırıldayaraq acılan küçə darvazasından başlayaraq düz aşağıya, indi tanınmalısı qalmayan evimizədək uzanan 25-30 metrlik cığır.

Nə hisslər keçirdiyimi xatırlamıram...

Bircə yalın ayaqlarımın yaddaşında bu kələ-kötür daşlarla təmasdan qalan ağrıdan savayı...” 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib