Dərc edilib: 18-02-2024

https://www.nuh.az/36438-.html

Bu geyimlə Münhenə gedərlər, Paşinyan? İcevandakı kolxoz bazarında ərik satan..

18.02.2024 19:36:57

LIVE

Münhen Təhlükəsizlik Konfransında Ermənistanın Baş naziri Nikol Vovayeviç Paşinyan yolları başına taxılmış kepkası ilə fəth edir.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı ekspert İqor Korotçenko Nikol Paşinyanın Münhen Təhlükəsizlik Konfransına yeni imici – kepkalı getməsi haqda qeyd edib.

“Qulaq asın, Ermənistanın baş nazirinin imicinə kim cavabdehdir? Hanı protokol? Ora Avropadır, Münhendir, Qərb siyasətinin aparıcılarıdır - Paşinyan isə İcevandakı kolxoz bazarında ərik satıcısı kimi geyinib.
Axı insanı geyiminə görə qarşılayırlar.

Nikol Vovayeviçin yaxşı zövqü olan arvadı var - bəlkə də heç olmasa ona kepka taxmağa ehtiyac olmadığını söyləyəcək. Başınız üşüyürsə (halbuki Münhendə çox istidir), kepka yerinə dəbli şlyapa qoyun, ya da kapüşonlu gödəkcə də pis deyil”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib