Dərc edilib: 18-02-2024

https://www.nuh.az/36441-.html

Şəmkirin məşhur milyonçular kəndində atışma -ÖZƏL

18.02.2024 21:58:42

LIVE

Bu barədə Gununsesi.info-ya rayondakı mənbələr bildirib.

Xəbərə görə, atışma rayonun məşhur Şiştəpə kəndinin sakinləri arasında baş verib.

 
İlkin məlumata görə, Şiştəpə kəndinin Babək adlı sakini və ona  yaxın olan şəxslər  əvvəllər aralarında ədavət olan həmkəndlisi Zabil Aslanovu avtomat silahdan atəş açaraq güllələyib.

6-7 güllə yarası alan Zabil Aslanov ağır yaralı halda Gəncədəki xəstəxanalardan birinə çatdırılıb.

Onun vəziyyətinin ağır olduğu deyilir.

Cinayətlə bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29,  120.2.2 maddələri ilə cinayət işi başlanıb.

Hadisəni törədən şəxslər həbs edilib.

Məlumat redaksiyamıza indi daxil olduğundan polisin və prokurorluğun mövqeyini öyrənə bilmədik.

NUH informasiya agentliyi səhifəsindən çap edilib