Dərc edilib: 19-02-2024

https://www.nuh.az/36443-.html

İlham Əliyev Türkiyəyə getdi

19.02.2024 09:41:20

Siyasət

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə fevralın 18-də Türkiyəyə rəsmi səfərə gedib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Ankaranın Esenboğa hava limanında dövlət başçısını və xanımı Mehriban Əliyevanı Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu və digər rəsmi şəxslər qarşılayıblar.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib