Dərc edilib: 19-02-2024

https://www.nuh.az/36447-.html

Türkiyədə iş saatı 48 saatdan 35-40 saata endiriləcək

19.02.2024 12:10:00

LIVE

Türkiyə hökuməti Əmək Məcəlləsinə iş həftəsini 48 saatdan 35-40 saata endirə biləcək qanunvericilik dəyişiklikləri hazırlayır.

Axar.az xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.

Məlumata görə, hakimiyyət sektorlara görə fərqlənən əmək qanunlarını birləşdirməyi və məşğulluq sektoru üçün hərtərəfli, vahid tənzimləmə hazırlamağı planlaşdırır:

“Hökumət bütün peşə qrupları üçün qaydaları unifikasiya etmək, norma kimi həftədə 35-40 iş saatı tətbiq etmək niyyətindədir. Bu dəyişikliklərin texnoloji inkişafın mövcud vəziyyəti nəzərə alınmaqla hazırlanması planlaşdırılır ki, bu da proseslərin səmərəliliyini artırmaqla əməliyyat vaxtını azaltmağa imkan verir”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib