Dərc edilib: 19-02-2024

https://www.nuh.az/36456-.html

Bu akademik deputat NƏ DEMƏK İSTƏYİR..?

19.02.2024 16:19:39

LIVE

Bələdiyyələr yarananda biz nə qədər eyforiyanın içərisində idik. 


Modern.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin iclasında deputat Nizami Cəfərov bildirib.

 
“Buna səbəb o idi ki, bələdiyyə hakimiyyəti öz yerini tutandan sonra regionlarda xalqın əhval-ruhiyyəsi qaydasına düşəcək. Ümidlər də həddindən artıq çox idi. İllik məruzədə bələdiyyənin fəaliyyətindəki peşəkarlıq olduğu bildirilsə də, bununla yanaşı əvvəlki ümidlər və inam azalıb. Bilirəm ki, eyforiya inamın başqa formasıdır, amma ağıllı inam tamam ayrıdır. Gərək eyforiyadan sonra bir az ümidlər azalsın. Çalışaq ki, xalqın ümidi qırılmasın”,- deyə o bildirib. 
P.S. Bələdiyyə sədrlərinin torpaq satmasından, rüşvətdən, 9-B xəstələrinin bələdiyyə sədri olmasından  və s  danışa bilmir. Eyforiya-zad kimi sözlərlə başını qatır. Cümləsinin başı ilə ortası, oetası ilə axırı  düz gəlmir. Rabitəsiz  söz yığını. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib