Dərc edilib: 19-02-2024

https://www.nuh.az/36474-.html

Yekə-yekə danışmaq... - Səyyad Arandan İLK AÇIQLAMA

19.02.2024 22:01:27

İdman

Dini Komitə harada yanlış etdi? – Yeni sədrə iki tələb

Prezident İlham Əliyevin fevralın 16-da imzaladığı sərəncamla Nazirlər Kabinetinin yeni tərkibi formalaşmış oldu. 1-2 istisna ilə. O sırada Dini Qurumlarla İş üzrə Dövlət Komitənin sədri - 70 yaşlı Mübariz Qurbanlıya etimad göstərilmədi.  Ümumiyyətlə, son dövrlər Komitə ilə bağlı narazılıqlar səngimək bilmirdi. Dini sahədə yaranan boşluqların olmasını məhz DQİDK-nin fəaliyyətsizliyi ilə əlaqələndirənlər çox idi.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü,  ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov da məsələ ilə bağlı danışarkən dini sahədə ciddi islahatlara ehtiyac olduğunu deyib (Yenisabah.az): 


1661842053_404613.jpg (29 KB)

“Hesab edirəm ki, din sahəsində ölkəmizdə və dünyada baş verən proseslər çox ciddi islahatların keçirilməsini zəruri edir. Əslində bu gün Azərbaycan üçün ən ciddi təhlükə yarada biləcək məsələlərdən biri din mövzusudur. Söhbət dinin siyasiləşməsindən, geosiyasi proseslərə təsirindən gedir. Bu mənada dövlətin bu sahədə müəyyən addımlar atması, islahatların keçirilməsi gözlənilən idi. Bu mövzuda həllini gözləyən hələ xeyli məsələ var. Bu baxımdan dövlət bütün bu prosesləri görür və təhlil edir. Bu həm də dövlətin bu sahəyə çox həssas və diqqətlə yanaşdığını göstərir. Əvvəla, bu vəzifəyə təyin olunacaq şəxsin həm dini, həm də siyasi biliklərinin yüksək olması çox önəmlidir. Yəni həm dini sahəni, həm də dövlətin bu məsələdə həyata keçirdiyi siyasəti dərindən bilməlidir”. 

Ceyhun Məmmədov Komitənin öncəki fəaliyyətini tənqid edib: “Bütövlükdə din siyasəti, din sahəsi komitəyə həvalə olunub. Ona görə də bu vəzifəyə təyin olunan şəxsin dini dərindən bilməsi çox önəmlidir. Digər tərəfdən, düşünürəm ki, sürətli formada lazımi islahatları həyata keçirəcək bir şəxs olmalıdır ki, qarşımıza qoyduğumuz məqsədlərə nail ola bilək. Mən əvvəlki müsahibələrimdə bu məsələyə geniş toxunmuşam. Dini Komitənin fəaliyyətindən narazılığımı dəfələrlə bildirmişəm. Hesab edirəm ki, komitə fəaliyyətini cənab prezidentin apardığı siyasətə uyğun qurmayıb. Bu gün komitənin fəaliyyətində çox ciddi problemlər var və bu problemlər aradan qaldırılmalıdır. Həm islahatlar, həm də dövlət-din münasibətləri ilə bağlı xeyli məsələlər var ki, öz həllini tapmalıdır. Komitə ümumiyyətlə fəaliyyətini yenidən qurmalı və daxildə çox ciddi kadr islahatları aparılmalıdır. Təsadüfi adamlar bu qurumdan tamamilə kənarlaşdırılmalıdır”.

Məlumdur ki, hazırda Səyyad Aran (sədrin keçmiş 1-ci müavini) Komitə sədri səlahiyyətlərini icra edir. Bəs Səyyad bəy deyilən iradlar və tələblərlə razıdırmı? Onun özünün necə, dərin dini biliyi varmı? Sədr postuna təsdiqlənərsə, əsas hansı istiqamətlərə diqqət yetirəcək?

 

MyCollages_-_2022-11-22T162248.050.jpg (51 KB)


Musavat.com-un əməkdaşı mövzu ilə bağlı sualları Səyyad Arana ünvanlayıb. O cavabında bunları deyib:"Hazırda mənim müsahibə verməyim çox tezdir. 3-4 saat deyil heç, oturmuşam, indi müsahibə verməyi özümə yaraşdırmıram. Yekə-yekə başlayıb intervyu vermək mənə yaraşmaz. 100 gündən sonra danışarıq".

NUH informasiya agentliyi səhifəsindən çap edilib