Dərc edilib: 20-02-2024

https://www.nuh.az/36482-.html

Ən UZUN boylu kişi ilə ən QISA boylu qadın - Bir arada

20.02.2024 11:57:52

Maqazin

Dünyanın ən uzun boylu kişisi ilə ən qısa boylu qadını ABŞ-də işlə əlaqəli görüşüblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Belə ki, 2 metr 52 santimetr boyu ilə 15 ildir Ginnesin Rekordlar Kitabında adını qoruyan Sultan Kösen və 62,8 santimetr boyu ilə hindistanlı Jyoti Amge birlikdə səhər yeməyi yeyiblər.

Onlar səhər yeməyindən sonra maraqlı fotolar çəkdiriblər.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib