Dərc edilib: 20-02-2024

https://www.nuh.az/36486-.html

Bakıda azyaşlı qıza zorakılıq edən kişi saxlanıldı

20.02.2024 13:02:04

LIVE

Bakıda kişinin azyaşlıya qarşı zorakılıq etməsini əks etdirən görüntülər yayılıb. Videoda onun balaca qıza qarşı kobud davranması, saçını dartması və başına güclü zərbələr vurması görünür. Bundan qorxan uşaq ağladığı zaman isə kişi azyaşlıya bunu belə irad tutur.

DİN-in Mətbuat xidmətinin əməkdaşı polis mayoru Anar Qafarov “Qafqazinfo”ya bildirib ki, sözügedən görüntülər araşdırılıb.

Onun sözlərinə görə, azyaşlıya qarşı zorakılıq edən Bakı sakini Elnur Məmmədov barəsində cinayət işi başlanılıb: “Əməlin Bakı şəhəri Türkan qəsəbəsi sakini, 1983-cü il təvəllüdlü Elnur Məmmədov tərəfindən törədilməsi müəyyən olunub. Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Elnur Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalar davam etdirilir”.

Qeyd edək ki, hadisədən əvvəl E.Məmmədovun həyat yoldaşını döyməsi, daha sonra ananın qızına qarşı edilən zorakılığı telefonla çəkməsi iddia edilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib