Dərc edilib: 21-02-2024

https://www.nuh.az/36501-.html

Kamil Zeynallı sərbəst buraxıldı

21.02.2024 18:04:41

LIVE

Bu gün səhər saatlarında Moskvanın “Domodedovo” hava limanında saxlanılan fitnes məşqçisi Kamil Zeynallı sərbəst buraxılıb. 


NUH.az   APA-ya istinadən xəbər verir ki, o bu gün Bakıya geri qayıdacaq.

 
 Bu barədə Kamil Zeynallının vəkili Ələkbər Qarayev məlumat verib.

Vəkilin sözlərinə görə, Ermənistan dövləti Kamil Zeynallını federal axtarışa vermişdi. Ona qarşı çox ağır ittiham irəli sürülmüşdü. Amma Rusiya humanitarlıq göstərdi və Azərbaycan dövlətinin təkidi ilə bu gün vətənə qayıdacaq.

Xatırladaq ki, K. Zeynallı Vətən müharibəsi başlayandan iki gün sonra, 29 sentyabr 2020-ci ildə Ermənistan tərəfindən axtarışa verilib. Ona qarşı həmin ölkənin Cinayət Məcəlləsinin 135 (İnsanlığa qarşı cinayətlər), 137 (Müharibə cinayətləri), 140 (Müharibə aparmaq üçün qadağan olunmuş üsullardan istifadə edən hərbi cinayətlər), 147 (Muzdlu cəlb etmək) və 149-cu (Təcavüz) maddələri ilə ittiham verilib. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib