Dərc edilib: 25-02-2024

https://www.nuh.az/36521-.html

İran əsilli qadın Almaniya gözəli seçildi (FOTOLAR)

25.02.2024 20:11:43

LIVE

Berlində yaşayan 39 yaşlı İran əsilli memar Apameh Şönauer "Miss Almaniya" müsabiqəsinin qalibi olub.

 
Baden-Vürtemberq federal əyalətinin Rust şəhərində təşkil olunan müsabiqənin qalibi 25 min avro mükafat alacaq.
Apameh Şönauer 6 yaşında olarkən ailəsi ilə Almaniyaya köçüb. İki uşaq anası olan Şönauer miqrant əsilli qadınlara dəstək olmağa çalışdığını bildirib və İranda qadın hüquqlarının qorunmasının zəruriliyinə diqqət çəkib. (APA)

NUH informasiya agentliyi səhifəsindən çap edilib