Dərc edilib: 26-02-2024

https://www.nuh.az/36522-.html

Putindən Ərdoğana ad günü təbriki

26.02.2024 20:57:59

İqtisadiyyat

Türkiyə və Rusiya Prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında telefon danışığı baş tutub. 

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, söhbət zamanı Putin Ərdoğanı ad günü münasibətilə təbrik edib. 

Bildirilir ki, Rusiya lideri Ərdoğana iki ölkə arasında dost münasibətlərin inkişafına verdiyi töhfəyə görə minnətdarlığını ifadə edib. 

Xatırladaq ki, bu gün Ərdoğanın 70 yaşı tamam olur.

NUH informasiya agentliyi səhifəsindən çap edilib