Dərc edilib: 27-02-2024

https://www.nuh.az/36532-.html

Bandotdel Bakı və rayonlarda əməliyyat keçirdi - 19 nəfər həbs edildi

27.02.2024 19:12:03

LIVE

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Bakıda və bölgələrdə əməliyyatlar keçirib.

“Qafqazinfo” DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, əməliyyatlar üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan və satışını təşkil edən şəxslərə qarşı həyata keçirilib.

 
Tədbirlər zamanı ümumilikdə 19 silahlı şəxs saxlanılıb. Onlardan 18 ədəd odlu silah, o cümlədən 6 “Makarov” və Avropa istehsalı olan tapança, 7 ədəd “Kalaşnikov” avtomatı, 1 ədəd “PM-98” pulemyotu, 4 ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngi, həmçinin 243 ədəd müxtəlifçaplı patron aşkar olunaraq götürülüb. Silahlı şəxslərin birindən əlavə olaraq 2 kiloqrama yaxın narkotik vasitə marixuana da aşkar edilib.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan 19 nəfərin hər biri barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib