Dərc edilib: 28-02-2024

https://www.nuh.az/36537-.html

Laçın istiqamətində azan əsgərimizi erməni hərbçilər saxlayıb

28.02.2024 17:12:03

LIVE

Laçında xidməti mövqelər arasında əlverişsiz hava şəraitində istiqaməti itirərək azan Azərbaycan hərbçisi Ruslan Pənahov Ermənistan hərbçiləri tərəfindən saxlanılıb.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Milli Təhlükəsizlik Xidməti yayıb. 

 
 

Onun Sünik vilayətinin Tex kəndi ərazisində təqribən 05:15-də saxlanıldığı bildirilir. 

Hadisə ilə bağlı cinayət işinin başlanıldığı qeyd olunub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib