Dərc edilib: 28-02-2024

https://www.nuh.az/36538-.html

Niyə onun evlilik xəbərini eşidib xəstəxanaya düşməliyəm?

28.02.2024 17:23:41

İdman

Eks-millət vəkili Şəmsəddin Hacıyevin bu gün sabiq kürəkəni Seymur Orucovun toy mərasimini eşidərək xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbər yayılıb. 


Manset.az məsələ ilə bağlı İqtisad Universitetinin keçmiş rektoru Şəmsəddin Hacıyevlə əlaqə saxlayıb.

 
 O, açıqlamasında qızı Çeşmi Hacıyevanın Seymur Orucovdan 2 il bundan əvvəl boşandığını qeyd edib: “Bu, çox axmaq hərəkətdir. Belə publik formada olmalı idi ya olmalı deyildi qoy ona jurnalistlər cavab tapsın. Mənim qızım 2 il əvvəl ondan boşanıb. Mən niyə onun evlilik xəbərini eşidib xəstəxanaya düşməliyəm? Bu söhbətlər absurddur”.

Qeyd edək ki, bu gün sabiq millət vəkili Şəmsəddin Hacıyevin keçmiş kürəkəni Seymur Orucovla tanınmış aparıcı Alidə Mustafayevanın şəhərin lüks restoranlarından birində toy mərasimi baş tutacaq.

NUH informasiya agentliyi səhifəsindən çap edilib