Dərc edilib: 28-02-2024

https://www.nuh.az/36544-.html

Ağstafanın icra başçısının SABİQ qayınanası AMEA-da....

28.02.2024 19:45:40

LIVE

İcra başçısının xanımını Kamal Abdulla ADU-da müşavir təyin edib...

Məlumdur ki, 2019-cu ildə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində həbs olundu. Və 9 il həbs cəzası alan sabiq icra başçısı həbsxanada vəfat etdi.

Görək, həbsxanada ölən icra başçısının xələfi, yəni onun kreslosunda əyləşən Seymur Orucov kimdir ?

Birincisi, ondan başlayaq ki, Seymur Orucov barəsində mediada çox şey yazılıb. Yazılanlardan bəlli olur ki, Seymur Orucov bir neçə   məmurun çiynində vəzifəyə gəlib. Belə ki, Seymur Orucovun qayınatası keçmiş millət vəkili, “Narxoz”un sabiq rektoru Şəmsəddin Hacıyevdir.
Orucovun doğma dayısı isə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının əbədi, əzəli sədri, millət vəkili Səttar Möhbalıyevdir.

Seymur Orucovun qayınanası Zemfira Hacıyeva  isə   Azərbaycan Milli Elmlər Akademiyasında Rəyasət Heyətinin Azərbaycanda Elmi İrsin Toplanılması və Sistemləşdirilməsi mərkəzinin direktorudur.

Zemfira Hacıyeva

Ağstafanın icra başçısının qayınanası AMEA-da Ramiz Mehdiyevin “sağ əli”dir...-



Bəh, bəh, bəh…Hələ bu harasıdır?

Zemfira xanım həm də AMEA Ekspert Yoxlama Komissiyasının sədridir. İndi bildinizmi, məsələ çox uzundur və yoğundur. Yəni, 34 yaşlı Seymur Orucov elə-belə gəlib icra başçısı olmayıb.

Seymur Orucovun özü ilə də bağlı qısaca məlumat verək.

Ağstafanın icra başçısı Seymur Orucov 1984-cü ildə anadan olub, 2007-ci ildə qayınatası Şəmsəddin Hacıyevin rektor olduğu İqtisad Universitetində magistr dərəcəsi alıb və artıq 2009-cu ildə həmin Universitetin prorektoru vəzifəsini tutub. Təsəvvür edirsiniz o boyda universitetin 25 yaşlı Tərbiyə işləri üzrə prorektoru…

25 yaşında adamın özünün təlim-tərbiyəyə ehtiyacı var, bu kimdir ki, universitetin prorektoru ola ? Kimdir ?

Əlbəttə “Narxoz”un rektoru Şəmsəddin Hacıyevin qızı Çeşmi xanımın həyat yoldaşı. Çeşmi xanımın adı gələn kimi diqqətli oxucuların beynindən Azəriqaz keçir. Yox, Çeşmi xanım Azəriqazda işləmir.

Mediadan bəllidir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin sabiq rektoru, keçmiş deputat Şəmsəddin Hacıyevin qızı, eyni zamanda, Ağstafanın icra başçısı Seymur Orucovun həyat yoldaşı Çeşmi Hacıyevanın “Azəriqaz”a 115 min manat qazpulu borcu olub.
Mətbuatda Çeşmi xanımın 350 minlik xarici avtomobildə gəzməsi, Maştağada bağça müdiri olması, biznesmen-sahibkar kimi istixana sahibi olması və….Azəriqaza 115 min manat borclu olduğu barədə yazılıb.

Təsəvvür edin ki, sıravi vətəndaşın 3 manat borcu olanda qışın soyuğunda qazını kəsirlər, amma Çeşmi xanmın 115 min manat borcu olsa da xətrinə dəyən olmayıb. Görəsən, gənc Çeşmi xanım, yaxud onun 35 yaşlı həyat yoldaşı, icra başçısı Seymur Orucov 350 min dəyərində avtomobili hansı pulla alıblar ?

Axı, gənc ər-arvadın maaşı ilə heç velosiped də almaq mümkün deyil. Sözün qısası, rəhmətlik Mirzə Cəlil demişkən, haman göl, haman qurbağa.

Gənc icra başçısı Seymur Orucov keçmiş sələfi Nizaməddin Quliyevin komandası ilə baş-başa verib Ağstafanı silib-süpürürlər. Bəli, Seymur Orucov dövlətin ayırdığı vəsaitləri öz yaxınlarının şirkətinə ötürür, saxta tenderlərdə onları qalib elan edir. Bəli, Seymur Orucov da Ağstafanın abadlaşdırılması ilə bağlı tenderləri gizli keçirir, tenderdə özünə yaxın şirkətlər qalib olur, daha doğrusu, qalib elan edilir.

Bir sözlə, Seymur Orucov da kreslosunda oturtduğu mərhum icra başçısı Nizaməddin Quliyevin yolu ilə gedir.

Belə yerdə deyirlər ki, aqibətin xeyir, gənc icra başçısı… Deyəsən, səni də Nizaməddinin aqibəti gözləyir..

P.S. Yeri gəlmişkən, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla Çeşmi xanımı özünə müşavir təyin edib. Yəqin ki, yaxın zamanda elmi işini də başa çatdırar və dosent olar. 


NUH informasiya agentliyi səhifəsindən çap edilib