Dərc edilib: 28-02-2024

https://www.nuh.az/36546-.html

Lalaə Şövkətin ölüm xəbəri yayıldı - ailəsindən reaksiya

28.02.2024 20:04:37

LIVE

Tanınmış siyasətçi, ləğv edilmiş Azərbaycan Liberal Partiyasının keçmiş lideri Lalə Şövkət haqqında sosial şəbəkələrdə iddialar yayılıb. Belə ki, bəzi şəxslər tərəfindən onun dünyasını dəyişdiyi ilə bağlı paylaşımlar edilib.

Modern.az məsələni aydınlaşdırmaq üçün Lalə Şövkətin oğlu Sidqi Şövkətlə əlaqə saxlayıb.

Saytımıza açıqlamasında Sidqi Şövkət bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

“Lalə Şövkətin dünyasını dəyişməsi ilə bağlı yayılan informasiyalar boş söhbətlərdir. Hazırda Lalə Şövkətin səhhətində hər şey normaldır”,- o deyib.

Qeyd edək ki, Lalə Şövkət hazırda 73 yaşındadır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib