Dərc edilib: 29-02-2024

https://www.nuh.az/36553-.html

Dünya şokda: Almaniya ABŞ-ı vurdu? - SON DƏQİQƏ

29.02.2024 13:15:55

LIVE

Avropa İttifaqının dəniz nəqliyyatını mühafizə missiyası çərçivəsində Qırmızı dənizə yerləşdirilən Almaniya donanmasının Hessian freqatı ilk dəfə Yəməndə İranın dəstəklədiyi Husi milislərinin hücumunu dəf edib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, mənbələrin sözlərinə görə, gəmi çərşənbə axşamı gecə saatlarımda iki "düşmən hədəfi"nə uğurla hücum edib.

Bu açıqlamadan saatlar sonra alman gəmisinin buraxdığı səhv üzə çıxıb.

CNN İnternational-da yer alan xəbərə görə, alman gəmisinin Husilərə məxsus dron olduğunu düşünərək hücum etdiyi təyyarənin ABŞ-a məxsus olduğu məlum olub.

Hadisə ilə tanış olan ABŞ müdafiə rəsmisi alman hərbi gəmisinin Husilərə məxsus pilotsuz təyyarəni atəşə tutduğunu düşündüyünü, lakin bunun ABŞ pilotsuz təyyarəsi olduğu üzə çıxıb. Rəsmi bildirib ki, freqatın ABŞ pilotsuz təyyarəsinə hansı silahla atəş açdığı aydın deyil.

Alman ordusunun bəyanatında isə ABŞ-ın pilotsuz təyyarəsinin təsadüfən atəşə tutulmasından bəhs edilməyib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib