Dərc edilib: 29-02-2024

https://www.nuh.az/36556-.html

Elm və təhsil naziri QIZILCA ilə bağlı brifinq keçirir

29.02.2024 15:38:51

LIVE

Son aylar ərzində ümumtəhsil müəssisələrində qızılca xəstəliyinə yoluxmanı ciddi izləyirik.

Musavat.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullaye brifinqdə deyib.

Nazir qeyd edib ki, xəstəliklə əlaqədar məktəblərin fəaliyyətinin dayandırılması və onlayn rejimə keçirilməsi məqsədəuyğun deyil:

"Valideynləri vaxtında övladlarını vaksinasiya etdirməyə çağırıram. Çünki vaksin qızılcaya yoluxmanın qarşısını alır".

Nazir müvafiq səhiyyə orqanlarının tövsiyələrinə əməl etməyi məsləhət görüb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib