Dərc edilib: 29-02-2024

https://www.nuh.az/36561-.html

FƏLAKƏT-in icra başçısının toyunda nə işi var?

29.02.2024 16:47:13

LIVE

Ötən gün Ağstafa Rayon İcra Hakimiyyətinin Başçısı Seymur Orucovla tanınmış aparıcı Alidə Mustafayevanın toyu baş tutub. 

Bakıdakı restoranlardan birində keçirilən toyda sənət adamları da iştirak edib.

Məclisdə “Bozbaş Pictures” komandasından olan aktyor Nicat Rəhimov, Elşən Orucov və İlkin Həsəninin də iştirak etməsi marağa səbəb olub.

“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, aktyorlar qız evinin qonağı kimi məclisdə iştirak ediblər.

Qeyd edək ki, “Fəlakət” obrazı ilə məşhurlaşan aktyor Elşən Orucov bir müddətdir ki, Türkiyədə seriala çəkilirdi. O, ötən gün Bakıya geri dönüb və məclisdə qonaqların arasında olub. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib