Dərc edilib: 29-02-2024

https://www.nuh.az/36562-.html

XİN rəhbərlərinin danışıqları başa çatıb - Yenilənib

29.02.2024 17:26:19

LIVE

Almaniyada Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında danışıqların növbəti raundu başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Azərbaycan XİN öz “X” hesabında paylaşıb.

Xatırladaq ki, danışıqların birinci raundu dünən baş tutub.

***

 
XİN Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Almaniyanın Berlin şəhərində keçirilən görüşə dair məlumat yayıb:

“Fevralın 28-29-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında Almaniyanın paytaxtı Berlin şəhərində Villa Borsig-də danışıqlar aparılıb. 

Nazirlər və onların heyətləri arasında “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsinin müddəaları üzrə mövqelər müzakirə edilib. Bəzi əsas məsələlər üzrə əlavə işin davam etdirilməsinə ehtiyac olduğu qeyd edilib.

Səfər çərçivəsində, nazirlər Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə görüşüblər.

Nazir Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında danışıqlara ev sahibliyi etdiyinə görə Almaniya tərəfinə minnətdarlıq ifadə edib”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib