Salyanda günün ikinci dəhşəti - Bu dəfə ana və oğlu öldürüldü
Bu gün Salyanda daha bir dəhşətli qətl törədilib.
“Qafqazinfo” Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə saat 16 radələrində rayonun Pambıqkənd kəndində baş verib.
1963-cü il təvəllüdlü Rahilə Əliyeva və onun oğlu, 1992-ci il təvəllüdlü Bəhruz Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Hadisədən sonra Ziya Əliyev könüllü olaraq istintaqa təslim olub və şübhəli şəxs qismində tutulub.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Qeyd edək ki, bu gün Salyanın Kərimbəyli kəndində ər-arvad qətlə yetirilib.