Dərc edilib: 02-03-2024

https://www.nuh.az/36582-.html

İslam Universitetinin oğlanlarla intim münasibəti olan kişi dekanı qetl sifariş edib-VİDEO

02.03.2024 11:11:43

LIVE

Bakının Xətai rayonunda 1985-ci il təvəllüdlü Əhəd Salahov şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı İlkin Qurbanovu qətlə yetirib.

Referans.az-ın "TV 11"-ə istinadən əldə etdiyi məlumata görə, Əhəd yaxın münasibətdə olduğu, tez-tez Bakı şəhərində, müxtəlif ünvanlarda görüşüb birlikdə vaxt keçirdiyi, daim dəstək olması, mənəvi cəhətdən atalıq etməsi, müxtəlif məsələlərdə, o cümlədən dini məsləhətlər verməsi nəticəsində dərin hörmətini qazandığı, özü üçün müqəddəs insan hesab edərək şəxsiyyətinə pərəstiş elədiyi 1961-ci il təvəllüdlü, Bakı İslam Universitetində şəriət fakültəsinin dekanı vəzifəsində işləmiş Firudin Məmmədovla 2011-ci ilin oktyabr ayı ərzində istintaqla müəyyən edilməyən günlərdə bir neçə dəfə Bakı şəhərində fərqli ünvanlarda görüşüb.

Bu vaxt Firudin Məmmədov Əhəd Salahova uzun müddətdir tanıdığı 1974-cü il təvəllüdlü İlkin Qurbanovun mütəmadi olaraq ziyankarlıq etdiyini, buna görə də onu öldürməyin lazım olduğunu bildirib.

Əhəd Firudin Məmmədova ziyankarlıq etmiş istənilən şəxsi, o cümlədən əvvəllər tanımadığı İlkini də heç bir təmənna olmadan öldürməyə hazır olduğunu bildirib.

Əhəd İlkini öldürmək sifarişini qəbul edib və özündə cinayət törətmək qətiyyətini yaradıb. O, hadisənin törədiləcəyi əlverişli yeri müəyyənləşdirmək məqsədilə Firudin Məmmədovla birlikdə İlkinin yaşadığı Xətai rayonu, NZS qəsəbəsinə gedib. Orada İlkinin yaşadığı ünvanı görməklə cinayəti törədəcəyi sahəni dəqiqləşdirib.

Əhəd bir neçə dəfə həmin əraziyə gedib, orada İlkini izləyib. Növbəti dəfə, yəni oktyabrın 31-də Firudin Məmmədovun sifarişi ilə İlkin Qurbanovu qətlə yetirib.

Qətl hadisəsi 2011-ci ildə baş versə də, uzun illər üstü açılmayıb. Bu səbəbdən illərlə bağlı qalmış cinayət kimi istintaq orqanını arxivində yatıb.

Lakin son illər əvvəlki dövrlərdə bağlı qalmış cinayətlərin üstünün açılması istiqamətində Baş Prokurorluqda aparılan araşdırmalar zamanı bu cinayətin də üstünün açılması üçün cinayət işi tələb olunub və araşdırılıb.

Aparılan araşdırmalardan sonra qətlin törədilməsində günahkar bilinən şəxslər müəyyən edilib.
Daha ətraflı video-materialda:

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib