Dərc edilib: 04-03-2024

https://www.nuh.az/36588-.html

Mən İsrail tanıyıram ki?! - Yenilənib

04.03.2024 11:07:05

Cəmiyyət

Prezident Administrasiyasının eks-rəhbəri, keçmiş AMEA prezidenti Ramiz Mehdiyevin səhhətində ciddi problem yaranıb.


NUH.az-ın   Gununsesi.info-ya istinadən məlumatına görə, sabiq PA rəhbəri bir neçə gün əvvəl səhhətində yaranmış problemə görə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.

Həkim müdaxiləsinə baxmayaraq, onun vəziyyəti daha da ağırlaşıb.

 
Bildirilir ki, bir sutka həkim nəzarəti altında qalan 85 yaşlı Mehdiyevi ailəsinin istəyinə əsasən özəl təyyarə ilə İsrailə aparıblar.

***

Məsələ ilə bağlı “Unikal”a açıqlama verən Ramiz Mehdiyev bildirib ki, yayılan məlumatlar yalandır: “Mənim səhhətimdə heç bir problem yoxdur. “Check-up” müayinə üçün Mərkəzi Klinik Xəstəxanaya getmişdim. Bu da ildə bir, ya iki dəfə baş verən bir haldır. Başqa heç bir yerə getməmişəm. Məgər mən İsrail tanıyıram ki? Hazırda Bakıdayam. Sağlıq olsun”, - deyə o qeyd edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib