Dərc edilib: 07-03-2024

https://www.nuh.az/36601-.html

324 orta məktəbdə təhsil rus dilindədir

07.03.2024 10:46:55

Siyasət

“Əlbəttə ki, humanitar sahə. Burada, zənnimcə, Rusiya ilə Azərbaycan arasında münasibətlər iki qonşu dost dövlətlərin münasibətləri üçün nümunə ola bilər”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinlə görüşü zamanı deyib.

“Azərbaycanın 26 ali məktəbində rus dilində təhsil həyata keçirilir, 16 min Azərbaycan vətəndaşı olan tələbə rus dilində təhsil alır. Həmçinin 324 orta məktəbdə təhsil rus dilindədir. Biz onilliklər ərzində xalqlarımızı birləşdirən bütün yaxşı cəhətləri qorumuşuq və qarşılıqlı fəaliyyət göstərdiyimiz ictimai-siyasi formasiyadan asılı olmayaraq, xalqlarımız arasında dostluq əlaqələri həmişə dövlətlərarası münasibətlərin bünövrəsi olub.

Bu gün isə dövlətlərarası münasibətlərin forma və məzmun etibarilə keyfiyyətcə yeni səviyyəyə yüksəldiyi bir vaxtda, təbii ki, bu, həmçinin ölkələrimizdə ictimaiyyət tərəfindən də dəstəklənir. Beləliklə, əminəm ki, ötən il olduğu kimi, biz bu ili də yaxşı nəticələr ilə başa vuracağıq. Müttəfiqlik qarşılıqlı fəaliyyətimiz ölkələrimizin və xalqlarımızın rifahı naminə möhkəmlənəcək, həmçinin bu, regional sabitliyin və təhlükəsizliyin mühüm amilidir”, - deyə dövlət başçısı əlavə edinb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib