Dərc edilib: 09-03-2024

https://www.nuh.az/36618-.html

Qarabağdan dəhşətli xəbər gəldi:Ölənlər var ...

09.03.2024 21:12:41

LIVE

Cəbrayıl rayonunun Marallı kəndində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölən və yaralanan şəxslərin kimliyi məlum olub.

 

Oxu24.com-un  verdiyi məlumata görə, qəza nəticəsində müxtəlif bədən xəsarətləri alaraq Füzuli Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən şəxslər Xırdalan şəhər sakini, 1993-cü il təvəllüdlü Cabbarlı Turan Fuad oğlu, Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Fərzəli Üzeyir Faiq oğlu və Laçın rayon sakini, 2000-ci il təvəllüdlü Məhərrəmov Elvin Natiq oğludur.

 

Hadisə zamanı dünyasını dəyişən 3 nəfər isə Tovuz rayon sakinləridir.

 

Onlar Tovuzun Cilovdarlı kənd sakini, 1992-ci il təvəllüdlü Əliyev Etibar Fərhad oğlu, Çaxırlı kənd sakini, 1999-cu il təvəllüdlü Mehtiyev Mehti Vüqar oğlu və Tovuz şəhər sakini, 2001-ci il təvəllüdlü Cəfərov Əli Elşən oğludur.

Qəza zamanı ölən və yaralananların işğaldan azad edilən ərazilərdə tikinti-bərpa işlərində çalışdıqları bildirilir.

 

Qeyd edək ki, yol qəzasında 3 nəfər ölüb, daha 3 nəfər isə xəsarət alıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib