Dərc edilib: 09-03-2024

https://www.nuh.az/36622-.html

Sabiq təhsil nazirinin qızı vəfat edib

09.03.2024 22:40:11

Müsahibə

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, Azərbaycan SSR ali və orta ixtisas təhsili naziri Danil Quliyevin qızı Natəvan Quliyeva vəfat edib. 

Azpost.info bildirir ki, bu barədə tanınmış aparıcı Hacı Nuran Hüseynov bildirib.

İxtisasca şərqşünas olan Natəvan Quliyeva uzun sürən xəstəlikdən sonra 70 yaşında dünyasını dəyişib.

Allah rəhmət eləsin!

Danil Quliyev 1923-cü ildə Bakının Əmircan kəndində anadan olub. 1971-76-cı ollərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi olub.

O həmçinin Ali Partiya Məktəbinin rektoru kimi çalışıb.

90-cı illərdə Almaniyaya köçən D.Quliyev 2001-ci Düsseldorf şəhərində 78 yaşında vəfat edib. Həmin şəhərdə dəfn edilib.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib