Dərc edilib: 10-03-2024

https://www.nuh.az/36635-.html

Süni intellektlə sinif yoldaşlarının çılpaq fotolarını hazırlayan - 5 şagird məktəbdən qovuldu

10.03.2024 17:12:09

LIVE

Süni intellektdən istifadə edərək sinif yoldaşlarının çılpaq fotolarını hazırlayan şagirdlər məktəbdən qovulub.

Hadisə ABŞ-ın Kaliforniya ştatının Beverli Hills şəhərindəki məktəblərdən birində baş verib.
 
Məlum olub ki, həmin şagirdlər hazırladıqları saxta fotoları internetdə də yayıblar.
 
Məktəb rəhbərliyinin şagirdlərin qovulması ilə bağlı qərarına valideynlərin etiraz etmədiyi açıqlanıb.
 
Qeyd olunub ki, ötən aylarda Nyu-Cersi və Vaşinqton ştatlarındakı məktəblərdə oxşar şikayətlər qeydə alınıb.
 
Hadisə süni intellekt və texnologiyanın etik istifadəsi ilə bağlı müzakirələrə səbəb olub.
Nyu-Cersidə bu cür materialları qadağan edən qanun layihəsi irəli sürülüb. Digər tərəfdən, Vaşinqtonda da "milli təhlükəsizliyi "deepfake" texnologiyasının yaratdığı təhdidlərdən qorumaq və qurbanlar üçün hüquqi müraciət təmin etmək" məqsədilə yeni qanun layihəsi təqdim edilib./ Publika.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib