Dərc edilib: 10-03-2024

https://www.nuh.az/36642-.html

Azərbaycanda DƏHŞƏT qəza : Ölənlər GÖRÜN KİM İMİŞ -Foto

10.03.2024 19:48:13

LIVE

Sabirabadda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Zalqarağac kəndində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobillə “Chevrolet” markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində sürücü, 1989-cu il təvəllüdlü Süleymanov Ərzuman Məzahir oğlu və 1978-ci il təvəllüdlü Mədətov Zaur Xudayar oğlu dünyasını dəyişib.

Xəsarət alan Sabirabad rayonunun Çöl Beşdəli kənd sakini, 1996-cı il təvəllüdlü Mustafayev Elməddin Ağazadə oğlu Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun koma vəziyyətinə düşdüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır. (Report)

13:50

Sabirabadda ölümlə nəticələnən ağır yol qəzası olub.

Zalqarağac kəndində “Mercedes” və “Chevrolet” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində iki nəfər ölüb.

Faktla bağlı araşdırma aparılır. (Report)

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib