Dərc edilib: 10-03-2024

https://www.nuh.az/36648-.html

Azərbaycanlı iş adamı Rusiyada pomidor-xiyar yetişdirmək üçün 105 milyon manat sərmayə qoyub

10.03.2024 21:19:54

LIVE

Azərbaycandan olan investor Rusiyanın Stavropol diyarında istixana təsərrüfatının tikintisinə 5,6 milyard rubl (təxminən 105 milyon manat) sərmayə qoyub.


Yeniavaz.com 
xəbər verir ki, bu barədə TASS-a regional İqtisadi İnkişaf Nazirliyinin rəhbəri Denis Polyubin bildirib.
“Levokumski rayonunda “Vostoçnıy” kənd təsərrüfatı kompleksinin tikintisinə qoyulan investisiyaların həcmi 5 milyard 660 milyon rublu ötür. Layihə həyata keçirilir, o cümlədən investor artıq lazımi avadanlıqları alıb. İstixana kompleksinin 2024-cü ilin sonuna qədər istismara verilməsi planlaşdırılır”, - deyə o bildirib.
Nazirlikdən verilən məlumata görə, istixana kompleksinin sahəsi 22 hektara yaxın olacaq.
“İstixana kompleksi regionun ən böyüklərindən biri olacaq. Kompleksdə pomidor və xiyar yetişdirilməsi planlaşdırılır”, - Polyubin izah edib.
Qeyd edək ki, sözügedən azərbaycanlı iş adamının kimliyi barəsində məlumat verilməyib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib