Dərc edilib: 10-03-2024

https://www.nuh.az/36649-.html

Mağazalarda 5-6 manata satılan qızılgülləri hansı ölkələrdən neçəyə alırıq? – Tam siyahı

10.03.2024 21:35:26

LIVE

Bu gün dünyanın əksər ölkələrində, o cümlədən də Azərbaycanda 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunur.
Yeniavaz.com
 xəbər verir ki, Qadınlar Günündə insanların üz tutduğu məkanlardan biri də gül mağazalarıdır. Qadınlar üçün alınan hədiyyəlik güllər arasında isə heç şübhəsiz ki, ən çox tələbat qızılgülədir.
Məlumat üçün bildirək ki, hazırda satışda olan qızılgüllərin böyük bir hissəsi xarici ölkələrdən idxal olunur.
Azərbaycan ötən il ərzində xaricdən ümumi dəyəri 7 milyon 146,23 min dollar olan 5 milyon 173 min 680 ədəd qızılgül idxal edib. Açıqlanan məlumatlardan da göründüyü kimi, hazırda gül mağazalarında 5-6 manatdan satılan qızılgülün 1 ədədi ölkəyə 2,3 manata (1,4 dollar) daxil olur.
Qeyd edək ki, Azərbaycan qızılgülləri ən çox Ekvadordan idxal edib. Ötən il Ekvadordan 1 ədədinin gömrük dəyəri 2,5 manat olan 3 milyon 667 min 950 ədəd qızılgül gətirilib.
Digər ölklərdən gətirilən qızlgüllərin sayı və 1 ədədinin dəyəri aşağıdakı kimi olub:

Ekvadordan 2,5 manata – 3 milyon 667,95 min ədəd
Keniyadan 1,8 manata – 521,61 min ədəd
Kolumbiyadan 2,8 manata – 364,2 min ədəd
Belçikadan 1,4 manata – 195 min ədəd
Niderlanddan 2 manata – 188,52 min ədəd
İrandan 2,4 manata – 104,37 min ədəd
Almaniyadan 1,3 manata – 42,2 min ədəd
İtaliyadan 1,4 manata – 29,99 min ədəd
Hindistandan 1,9 manata – 23,2 min ədəd
Türkiyədən 2,1 manata – 20,2 min ədəd
Danimarkadan 1,1 manata – 7,15 min ədəd
Həbəşistandan 1,8 manata – 4,87 min ədəd
Fransadan 2,1 manata – 3,9 min ədəd
Çindən 2 manata – 520 ədəd

NUH informasiya agentliyi səhifəsindən çap edilib