Dərc edilib: 11-03-2024

https://www.nuh.az/36690-.html

Dünyada 230 milyondan çox qadın sünnət edilib

11.03.2024 20:42:37

LIVE

Dünyada 230 milyondan çox qadın sünnət edilib ki, bu da 2016-cı illə müqayisədə 30 milyon qadın və ya 15%  çoxdur. Bu barədə UNİCEF-in martın 8-i açıqladığı hesabatda qeyd olunub.
UNICEF-in icraçı direktoru Ketrin Rassel deyib ki, qadın sünnəti qızların bədəninə zərər verir, onların gələcək taleyini qaraldır və həyatları üçün təhlükə yaradır.
Hesabata görə, Afrika ölkələrində 144 milyon, Asiyada 80 milyon, Yaxın Şərqdə 6 milyon qadın sünnət edilir.  
Hesabatda qeyd olunub ki, qadın sünnəti qlobal miqyasda daha çox yayılmasa da, təhlillər görə, qadın sünnəti ilə məşğul olan ölkələrdə doğulan qızların sayı dünyanın qalan ölkələri ilə müqayisədə sürətlə artır. 
Aparılan təhlillərə görə, qadın sünnəti qurbanlarının 10-dan 4-ü münaqişələrin olduğu ərazilərdə yaşayır.
 
Aygün Mirakif

www.anews.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib