Dərc edilib: 12-03-2024

https://www.nuh.az/36696-.html

İranda Novruz şənlikləri zamanı azı səkkiz nəfər ölüb

12.03.2024 00:05:22

LIVE

Fevralın 20-dən martın 11-dək İranda Novruz çərşənbələri ilə əlaqədar keçirilən tədbirlərdə azı səkkiz nəfər ölüb, 330 nəfər yaralanıb.

Məlumata görə, 150-dən çox insan müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Ən azı 86 zərərçəkən xəstəxanalarda, onlardan 11-i reanimasiya şöbələrindədir.

Öz növbəsində, İran polisinin sözçüsü Səid Montazer Mehdi bəyan edib ki, bayram şənlikləri zamanı ölənlərin sayı 10 nəfər olub. Xəsarət alanların isə təxminən 70%-i 18 yaşdan kiçik şəxslərdir.

Mehdi bildirib ki, bu müddət ərzində hüquq-mühafizə orqanları 10 tondan çox tez alışan maddə aşkarlayıb.//Oxu.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib