Dərc edilib: 12-03-2024

https://www.nuh.az/36701-.html

Bu gün Bakıda terror aktının törədiləcəyi ilə bağlı xəbərdarlığı DİN nəzarətə götürdü

12.03.2024 10:31:19

LIVE

Azərbaycanda terror aktlarının törədiləcəyi ilə bağlı xəbərdarlıqlar yayılıb.


Yeniavaz.com
 xəbər verir ki, xəbərdarlıqlar “Халифат Азербайджан” adlı Teleqram kanalında dərc olunub.
Məlumatı dərc edənlər 12 mart tarixində Bakıdakı bir sıra məktəblərdə və insanların kütləvi toplaşdığı iaşə obyektlərində terror aktları törədəcəklərini bəyan ediblər.
“Proses”in saat 13:00-da başlayacağı yazılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, məsələ nəzarətə götürülüb və araşdırılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib