Dərc edilib: 12-03-2024

https://www.nuh.az/36704-.html

Dəm qazından ölən ana və övladlarının - Fotosu

12.03.2024 11:09:30

Günün sitatı

Xəbər verdiyimiz kimi, dünən Masallı rayonu, Dadva-2 küçəsində yerləşən fərdi yaşayış evində ana və iki azyaşlı övladı dəm qazından vəfat edib.


“Qafqazinfo” xəbər verir ki, vəfat edən ana və övladlarının fotosu sosial şəbəkələrdə yayılıb. 

Qeyd edək ki, hadisə yerində ilkin araşdırma zamanı 1998-ci il təvəllüdlü Aytac Əzimova və onun iki azyaşlı oğlunun dəm qazından zəhərlənərək ölmələri müəyyən olunub.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib