Dərc edilib: 12-03-2024

https://www.nuh.az/36710-.html

Rusiyada İl-76 qəzaya düşdü - 15 ölü - Video

12.03.2024 15:39:52

LIVE

Rusiyada “İl-76” hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Müdafiə Nazirilyi yayıb. 

Hadisənin İvanov vilayətində qeydə alındığı bildirilir. Təyyarənin göyərtəsində 8 ekipaj üzvü və 7 sərnişin olmaqla 15 nəfər olub. 

İlkin məlumata görə, qəzaya səbəb təyyarənin mühərriklərindən birində yanğın baş verməsi olub.

“Baza” teleqram kanalı qəza zamanı göyərtədə olan 15 nəfərin hamısının həlak olduğunu bildirib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib