Dərc edilib: 15-03-2024

https://www.nuh.az/36731-.html

BAKCELL-də yeni təyinat

15.03.2024 20:20:23

LIVE

“Bakcell”ə yeni İctimaiyyətlə Əlaqələr və Korporativ Kommunikasiyalar üzrə Direktor təyin edilib.

“Qafqazinfo” xəbər verir ki, bu vəzifə Aysel Süleymanovaya həvalə olunub.

 
Qeyd edək ki, Aysel Süleymanova bundan öncə Azərbaycanın milli aviadaşıyıcısı AZAL-da Kommunikasiya Direktoru və “PwC Azərbaycan” beynəlxalq konsaltinq şirkətində Marketinq və Kommunikasiya rəhbəri kimi fəaliyyət göstərib.

O, eyni zamanda “AmCham Azerbaijan”-da Marketinq, Kommunikasiya və Biznesin İnkişafı Komitəsinin qurucusu və sədridir.
Xatırladaq ki, “Bakcell” şirkəti NEQSOL Holding-in tərkibinə daxildir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib