Dərc edilib: 16-03-2024

https://www.nuh.az/36738-.html

Alimlər ət istehsalı üçün piton ilanlarınln çoxaldılmasını təklif edir

16.03.2024 10:58:57

LIVE

Pitonlar (ilan) qlobal qida sənayesi üçün perspektivli ət mənbəyi ola bilər. Bu nəticəyə Macquarie Universitetinin avstraliyalı alimləri və onların digər ölkələrdən olan həmkarları gəliblər. 

Qaynarinfo xəbər verir ki, tədqiqat Scientific Reports (SciRep) elmi jurnalında dərc olunub.
Komanda Tayland və Vyetnamdakı fermalarda yetişdirilən iki növ pitonu - torlu piton və qaranlıq pələng pitonunu tədqiq edib.
Nəticələr ümidverici hesab edilib: ilanlar qida olmadıqda belə sürətlə böyüyüb və istehlak edilən qida miqdarı ilə müqayisədə kifayət qədər ət istehsal ediblər.
Alimlərin fikrincə, pitonlar üçün istehlak edilən qidaya nisbətən istehsal olunan ətin səmərəlilik əmsalı 1,2 olub. Müqayisə üçün deyək ki, yetişdirilən qızılbalıq üçün bu rəqəm 1,5, quş əti üçün 2,8, donuz əti üçün 6, mal əti üçün 10 təşkil edir. Beləliklə, ət üçün piton yetişdirmək inəklərdən təxminən 10 dəfə sərfəli olub.
"Ac pitonların metabolik prosesləri tənzimləmək və bədən vəziyyətini qorumaq qabiliyyəti qeyri-sabit mühitlərdə qida təhlükəsizliyini yaxşılaşdırır və bu, piton əkinçiliyinin qlobal qida çatışmazlığına çevik və effektiv cavab verə biləcəyini göstərir", deyə alimlər bildirib.
Eyni zamanda, heyvandarlıq məqsədləri üçün pitonların yetişdirilməsi qidalanma vərdişlərinə və xüsusi yaşayış şəraitinə görə çətin ola bilər. Bundan əlavə, ilan ətinin dadı və onu yemək ideyası bir çox istehlakçının ürəyincə ola bilər.

NUH informasiya agentliyi səhifəsindən çap edilib