Dərc edilib: 16-03-2024

https://www.nuh.az/36745-.html

Azərbaycanda ŞOK: 17 milyona nömrə satılır - FOTO

16.03.2024 22:30:36

Cəmiyyət

Azərbaycanda fantastik qiymətə mobil nömrə satılır.

Yerli saytların birində yerləşdirilən elanda mobil operatorlardan birinə məxsus nömrənin satış qiyməti fiziki şəxslər üçün 1 milyon 700 min manat təşkil edib.

Məlumatda bildirilib ki, bu nömrə hüquqi şəxslər üçün 17 milyon manatdır. Nömrənin sahibi Gəncə sakini olan İskəndər adlı şəxsdir. O, satış qiymətinə endirim etməyəcəyini bildirib.  (lent.az)


NUH informasiya agentliyi səhifəsindən çap edilib