Dərc edilib: 17-03-2024

https://www.nuh.az/36750-.html

Tacikistan-Qırğızıstan sərhədinin daha 10 kilometri razılaşıdırldı

17.03.2024 12:10:20

LIVE

Tacikistan-Qırğızıstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Tacikistan və Qırğızıstan hökumət nümayəndə heyətlərinin topoqrafik işçi qrupları və hüquqi qrupları mübahisəli xəttin 10,7 km-dən çoxunu razılaşıdırıblar.
Yeniavaz.com
 xəbər verir ki, bu barədə “Xovar” agentliyi Tacikistan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinə (MTK) istinadən məlumat yayıb.
Bildirilib ki, tərəflərin görüşü martın 12-dən 17-dək Tacikistanın Suqd vilayətinin Buston şəhərində baş tutub.
Görüşün yekunu olaraq topoqrafik işçi qrupları Tacikistan-Qırğızıstan dövlət sərhədinin 10,76 kilometrini razılaşdırılıb və müvafiq protokol imzalanıb. Tərəflər həmçinin növbəti görüşün Qırğızıstan ərazisində keçirilməsi barədə razılığa gəliblər.
Fevral ayında Tacikistanın xarici işlər naziri Sirojiddin Muxriddin bildirib ki, hazırda Tacikistan-Qırğızıstan dövlət sərhədinin ümumi xəttinin demək olar ki, 200 km-i razılaşdırılıb və 100 km-ə yaxın mübahisəli hissə qalıb.
Qeyd edək ki, Tacikistanla Qırğızıstan arasında münasibətlər əvvəllər uzunluğu 980 kilometrdən çox olan sərhədin delimitasiyası prosesinin başa çatdırılmaması səbəbindən bir neçə dəfə pisləşib. Bununla bağlı danışıqlar 2002-ci ildən davam edir. Sərhədin mübahisəli hissələrində vaxtaşırı münaqişələr yaranır, ən böyük münaqişələrdən biri 2022-ci ilin sentyabrında tərəflərin silahdan istifadə etdiyi vaxt baş verib. 2023-2024-cü illərdə Sərhədin delimitasiyası və demarkasiyası üzrə hökumət komissiyaları sərhəd məsələsini həll etmək üçün mütəmadi olaraq görüşlər keçirir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib