Dərc edilib: 17-03-2024

https://www.nuh.az/36753-.html

Körpə övladı yanan ata fəryad edir - Yaralarını bağlamağa bint tapmırıq

17.03.2024 13:21:33

İqtisadiyyat

Körpə Muradın sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun atası Elnur Cəbrayılov məlumat verib.

O bildirib ki, övladı yanvarın 10-da yanıq xəsarəti alıb.

“Biz İsmayıllı rayonunda yaşayırıq. Muradın bir yaşı var. Yoldaşım yemək bişirib yerə qoyub, Murad isə iməkləyərək gedib qazanı üzərinə çəkib. Onun ayaqları tamamilə yanıb. Hadisə olan gün bizi Bakıda yerləşən xəstəxanalardan birinə göndərdilər. Orada 21 gün müalicə olduq. Artıq evimizə qayıtmışıq”.

Elnur Cəbrayılov övladının müalicəsi üçün dəstəyə ehtiyaclarının olduğunu bildirib.

“Mən illərdir fəhləlik edirəm. Bir neçə il əvvəl iş zamanı başıma gələn hadisə nəticəsində qolumu itirmişəm. Tək qolumla güc-bəla ilə işləyib ailəmi dolandırıram. İnanın son günlərdə yarasına çəkməyə məlhəmimiz, bağlamağa bintimiz yoxdur. Vəziyyətimiz inanın çox ağırdır. Hazırda Muradın müalicəsi üçün 800 manata ehtiyacımız var”.

Ailə ilə əlaqə: (055) 720-21-54.
Kapital Bank: 4169 7388 0714 9426.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib