Dərc edilib: 17-03-2024

https://www.nuh.az/36765-.html

Azərbaycanda təmirə ehtiyacı olan 660 MƏKTƏB var

17.03.2024 16:47:29

Cəmiyyət

Hazırda ölkədə təmirə ehtiyacı olan 660 məktəb var. Bunu baş nazir Əli Əsədov deyib. 
 
"Burada qəzalı məktəblərlə bağlı məsələ qaldırıldı. Hazırda təmirə ehtiyacı olan 660 məktəb var. Əgər gözləyirsiniz ki, mən gələn ilin hesabatında bu məktəblərin hamısının təmir olacağını deyim, bu mümkün deyil. İmkanlar daxilində məktəblərin təmir edilməsini təmin edirik. Burada əsas Fövqəlada Hallar Nazirliyinin və Şəhərsalmanın rəyi əsas götürülür", - baş nazir martın 15-də Milli Məclisdə deputatlara cavab verərkən söyləyib. 
 
Baş nazir həmçinin qəzalı olan yaşayış binalarının və yataqxanaların da tədricən təmir olunacağını deyib.  

NUH informasiya agentliyi səhifəsindən çap edilib