Dərc edilib: 17-03-2024

https://www.nuh.az/36770-.html

Azərbaycanda 18 yaşlı oğlanın əlində qumbara partladı, ölən var

17.03.2024 18:24:37

LIVE

Zaqatalada faciəli hadisə baş verib.


Hadisə  rayonun Pərzivan adlanan ərazisində qeydə alınıb.

Rayonun Muxax kənd sakini, 18 yaşlı Məhəmməd Kamal oğlu Ömərov ərazidən qumbara tapıb.

M. Ömərov tapdığı qumbara ilə ehtiyatsız davrandığından əlində partlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, martın 16-da saat 14:30-da Zaqatala rayonu ərazisində 2006-cı il təvəllüdlü Ömərov Məhəmməd Kamal oğlunun partlayıcı maddənin partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Araşdırma aparılır. lent.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib