Dərc edilib: 17-03-2024

https://www.nuh.az/36773-.html

80 yaşlı amerikalı qanunsuz olaraq qoyun və arqarların nəhəng hibridlərini yetişdirib

17.03.2024 19:35:26

LIVE

80 yaşlı amerikalı qanunsuz olaraq qoyun və arqarların nəhəng hibridlərini yetişdirib ABŞ-da hüquq-mühafizə orqanları Montana ştatından olan 80 yaşlı Artur Şubartı saxlayıb.

 

Həmin şəxs adi qoyunlardan və Qırmızı Kitaba düşən dağ qoyunlarından - arqarlardan qanunsuz olaraq nəhəng hibridlər yetişdirməkdə ittiham olunur. Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian" qəzeti yazıb. Məhkəmə sənədlərinə görə, Şubart və daha beş nəfər 2013-cü ildən sonra Texasdakı şəxsi qoruqlara satmaq üçün hibrid heyvanların yetişdirilməsi ilə bağlı təcrübələr aparıblar. Bunun üçün Artur Şubart Qırğızıstandakı ovçudan arqarların bioloji materiallarını alıb. Daha sonra laboratoriyaya gedib və klonlaşdırılmış heyvan embrionları əldə edib. Daha sonra bu embrionlar qoyuna implantasiya edilib və nəticədə arqarlar doğulub.

Bu heyvanlar daha sonra ovçular üçün cəlbedici ov ola biləcək daha böyük, daha qiymətli dırnaqlı heyvan cinslərini yaratmaq üçün qoyunları süni şəkildə mayalandırmaqda istifadə edilib. Baş prokurorun köməkçisi Todd Kim Şubartın hərəkətlərini "kütləvi istehsal edilən hibrid qoyun cinsini yaratmaq üçün cəsarətli bir sxem" kimi xarakterizə edib. Todd Kim cavabdehin vəhşi təbiət ticarətini məhdudlaşdıran və saxta etiketlənmiş vəhşi təbiətin satışını qadağan edən Lacey Qanununu pozduğunu deyib. Artur Şubart günahını etiraf edib. Onu 5 ilə qədər həbs və 250 min dollar cərimə gözləyir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib