Dərc edilib: 17-03-2024

https://www.nuh.az/36779-.html

Əfqanıstanda avtobus yandı: 20-dən çox sərnişin öldü

17.03.2024 21:58:19

LIVE

Əfqanıstanın cənubunda avtobusun iştirakı ilə baş verən qəzada azı 21 nəfər ölüb, 11 nəfər yaralanıb.

Məlumata görə, Hilmənd vilayətində magistral yolda avtobus, motosiklet və yanacaq çəni daşıyan yük maşını toqquşub.

Hadisə nəticəsində avtobus yanıb.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib